Baş katib: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını irqçi və radikal millətçi qrup adlandırmaq qəbuledilməzdir"

Baş katib: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını irqçi və radikal millətçi qrup adlandırmaq qəbuledilməzdir" "Hədəfimiz türkdilli ölkələr arasında daha dərin əlaqələri və həmrəyliyi təbliğ etməkdir"
Diaspor
28 May , 2015 11:01
Baş katib: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını irqçi və radikal millətçi qrup adlandırmaq qəbuledilməzdir

Bakı. 28 may. REPORT.AZ/ "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını turançı, irqçi və radikal millətçi qrup adlandırmaq qəbuledilməzdir. Amma bəzi hallarda dünyanın müxtəlif KİV-də bu kimi bənzətmələrə rast gəlinir". Bunu "Report"a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT Nizamnaməsinin əsas məqsəd və prinsipləri kimi göstərilən beynəlxalq sülh və təhlükəsizlik məsələlərini diqqətdə saxlayan bir təşkilatdır: "Əməkdaşlıq Şurası qonşuluq və dostluq əlaqələrinin qurulmasını dəstəkləyən, dövlətlər arasında suveren bərabərlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmasına qarşı çıxan bir qurumdur. Eyni zamanda, beynəlxalq hüququn universal səviyyədə qəbul edilən qanun və normalarına bağlılıq əsasında qurulan hökumətlərarası bir təşkilatdır".

O bildirib ki, Əməkdaşlıq Şurası üzv ölkələrdən başqa, qonşu ölkələrlə də xüsusilə nəqliyyat, gömrük, turizm, idman və digər sahələrdə əməkdaşlıq edərək bölgədə sülh və sabitliyə töhfə verir: "Hədəfimiz türkdilli ölkələr arasında daha dərin əlaqələri və həmrəyliyi təbliğ edərək Avrasiyada, xüsusilə də Orta Asiya və Qafqazda beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir".

Son xəbərlər

Orphus sistemi