​Bakıda keçiriləcək Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclasının vaxtı məlum olub

​Bakıda keçiriləcək Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclasının vaxtı məlum olub Bakıda 30-dan artıq sabiq dövlət və hökumət başçıları bir araya gələcək
Diaspor
23 Fevral , 2016 18:04
​Bakıda keçiriləcək Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclasının vaxtı məlum olub

Bakı. 23 fevral. REPORT.AZ/ Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurasının (İnterAction Council) illik plenar iclası 8-9 mart tarixində keçiriləcək. 

Komitədən "Report"a verilən məlumata görə, 30-dan artıq sabiq dövlət və hökumət başçılarını bir araya gətirən iclasda Kanadanın sabiq baş naziri Jan Çretyen, Avstriyanın sabiq kansleri Frank Vranitzki, Latviyanın sabiq prezidenti Vaira Viki-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin məruzəylə çıxış edəcək.

İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak edəcək. Həmçinin, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın da sabiq prezidentləri və baş nazirləri iclasa qatılacaq.

Qeyd edək ki, Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb. Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır. Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi , iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür. 30-dan artıq sabiq dövlət və hökumət başçılarından ibarət olan şura əsasən beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi istiqamətlər üzrə fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi