​Azərbaycan beynəlxalq bağçılıq festivalında təmsil olunacaq

​Azərbaycan beynəlxalq bağçılıq festivalında təmsil olunacaq Festival Rusiyanın Voronej şəhərində keçiriləcək
Diaspor
24 Avqust , 2015 22:11
​Azərbaycan beynəlxalq bağçılıq festivalında təmsil olunacaq

Bakı. 24 Avqust. REPORT.AZ/ Sentyabrın əvvəlində Voronejdə MDB və uzaq xaric ölkələrinin nümayəndələrinin də iştirakı ilə beynəlxalq bağçılıq festivalı keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, festivalda 80-dən çox insanın əl işi təqdim olunacaq.

2015-ci ildə sərgi-yarmarka "Müstəqil Dövlətlər Birliyinin mədəni paytaxtları" dövlətlərarası proqramının tədbirlər planına daxil olub. Bu səbəbdən sərgidə iştiraka MDB ölkələrinin diaspor nümayəndələri də dəvət olunub. Azərbaycan, Tacikistan, Özbəkistan, Moldova və Ermənistanın diasporları ölkələrinin milli koloritlərini özündə əks etdirən ekspozisiyalarını sərgiləyəcəklər.

Son xəbərlər

Orphus sistemi