Andorranın baş naziri: “Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir”

Andorranın baş naziri: “Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir” Antoni Marti Petit təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib
Diaspor
4 Dekabr , 2015 11:28
Andorranın baş naziri: “Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir”

Bakı. 4 dekabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Andorra Knyazlığının Baş naziri Antoni Marti Petitlə görüş keçirilib. 

Bu barədə "Report"a DİDK-nin mətbuat xidmətindən məlumat verilib. 
Antoni Marti Petit bu ölkənin sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyqi və Mərkəzin Baş katibi Rövşən Muradovu qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda baş tutan Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi Ali səviyyəli toplantı haqqında Baş nazir A.M.Petitə geniş məlumat verib.
O.Ribas, həmçinin 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.

A.M.Petit isə öz növbəsində Foruma dəvətlə əlaqədar təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin müzakirə edilməsində əhəmiyyətini vurğulayıb. Baş nazir Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi