Almaniyanın Tangerhütte şəhərində Xocalı faciəsində həlak olan insanların xatirəsi anılıb

Almaniyanın Tangerhütte şəhərində Xocalı faciəsində həlak olan insanların xatirəsi anılıb Robert Qravert gələcəkdə Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına yardım göstərəcəyini vurğulayıb
Diaspor
23 Fevral , 2015 15:12
Almaniyanın Tangerhütte şəhərində Xocalı faciəsində həlak olan insanların xatirəsi anılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Almaniyanın Tangerhütte səhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Ölkənin Zaxhsen-Anhalt əyaləti üzrə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi tədbirdə əsasən yerli ictimaiyyətin nümayəndələri, Sosial Demokrat Partiyasının Tangerhütte şəhər şöbəsini sədri Robert Qravert və partiyanın üzvləri iştirak edib. Bu barədə "Report"a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verib.

Tədbirin əvvəlində Xocalı faciəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın rəhbəri Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hərbi qüvvələrinin Xocalıda törətdiyi soyqırım haqqında iştirakçılara məlumat verib. Yaşar Niftəliyev Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi rayonun Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması haqqında BMT-nin qəbul etdiyi qətnamələri xatırladıb. O, həmçinin ABŞ-ın Kaliforniya, Texas, Nyu-Cersi, Men və digər ştatlarının, eləcə də Kanada, Kolumbiya, Çexiya, Sudan, Honduras, Meksika, Peru, Pakistan kimi ölkələrin parlamentlərinin Xocalı soyqırımını rəsmən tanıdığını iştirakçıların diqqətinə çatdırıb.

Sosial Demokrat Partiyasının yerli şöbəsinin rəhbəri Robert Qravert isə çıxış edərək, Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, gələcəkdə Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına yardım göstərəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi