Almaniyadakı Azərbaycan və Türkiyə diasporu birgə Xocalı aksiyası keçirir

Almaniyadakı Azərbaycan və Türkiyə diasporu birgə Xocalı aksiyası keçirir Fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək
Diaspor
20 Fevral , 2015 17:49
Almaniyadakı Azərbaycan və Türkiyə diasporu birgə Xocalı aksiyası keçirir

Bakı. 20 fevral. REPORT.AZ/ Almaniyadakı Azərbaycan və Türkiyənin diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma kampaniyasına başlayıb. Bu barədə "Report"a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə təhsil müəssisəsinin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.

Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlar paylayır.

Qeyd edək ki, fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək. Məlumatlandırma aksiyası yerli telekanalda geniş işıqlandırılıb.

Son xəbərlər

Orphus sistemi