Albaniya Prezidenti Azərbaycana səfər edəcək

Albaniya Prezidenti Azərbaycana səfər edəcək Məqsəd Bakı şəhərində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etməkdir
Diaspor
24 Fevral , 2016 12:13
Albaniya Prezidenti Azərbaycana səfər edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Albaniya Respublikasının prezidenti Buyar Nişani 10-11 martda Bakı şəhərində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə keçiriləcək.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum çərçivəsində ümumilikdə dünyanı narahat edən bir sıra mühüm məsələlər, həmçinin münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər müzakirə ediləcək, o cümlədən bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Buyar Nişani 2012-ci ilin iyulun 24-də Albaniya Respublikasının prezidenti seçilib. 

Son xəbərlər

Orphus sistemi