Ziya Məmmədov Qusarda vətəndaşları qəbul edib

Ziya Məmmədov Qusarda vətəndaşları qəbul edib Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb
Daxili siyasət
29 Fevral , 2016 14:12
Ziya Məmmədov Qusarda vətəndaşları qəbul edib

Bakı. 29 fevral. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov bugün Qusarda vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, nazir Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Müraciətlər əsasən, Bakı-Şabran-Bakı müntəzəm avtobus marşrutunda fərdi sahibkarlara sərnişindaşıma fəaliyyətində köməklik göstərilməsi, Quba-Nügədi marşrutu üzrə sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara dəstək, Şabran şəhərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflər, Qusar şəhərində 2 saylı şəhərdaxili marşrut xəttinə əlavə və yeni avtobusların buraxılması ilə əlaqədar müraciətlər və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi