Zakir Qaralov Şamaxıda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Şamaxıda vətəndaşları qəbul edəcək Qəbul fevralın 13-də keçiriləcək
Daxili siyasət
2 Fevral , 2015 10:41
Zakir Qaralov Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov fevralın 13-də, saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi