Yusif Bağırzadə yenidən AMİP sədrliyinə namizəd olacaq

Yusif Bağırzadə yenidən AMİP sədrliyinə namizəd olacaq Partiya sədri: "Hər bir üzv iki dəfə partiya sədri seçilə bilər"
Daxili siyasət
27 Aprel , 2015 13:53
Yusif Bağırzadə yenidən AMİP sədrliyinə namizəd olacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Qurultaya hazırlaşan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə növbəti müddətə sədr seçilmək üçün yenidən namizədliyini irəli sürəcək. Y.Bağırzadə "Report"a açıqlamasında bildirib ki, yenidən sədrliyə namizəd olmağına heç bir əngəl yoxdur: "Partiya Nizamnaməsində qeyd olunub ki, hər bir üzv iki dəfə partiya sədri seçilə bilər. Bunu nəzərə alaraq, qurultayda namizədliyimi irəli sürəcəm. Yaxın vaxtlarda partiyanın rayon təşkilatlarında konfranslar keçiriləcək və qurultaya nümayəndələr seçiləcək".

Y.Bağırzadə partiya qurultayının bu il keçiriləcək parlament seçkilərindən əvvəl baş tutacağını deyib.

Qeyd edək ki, AMİP-in Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə partiyanın baş katibi Arzuxan Əlizadə sədrlik edir.

Son xəbərlər

Orphus sistemi