​Müsavat Partiyası yürüş təyin edib

​Müsavat Partiyası yürüş təyin edib Partiyanın Sədrlər Şurasının növbəti toplantısı keçirilib
Daxili siyasət
8 Aprel , 2015 15:25
​Müsavat Partiyası yürüş təyin edib

Bakı. 8 aprel. REPORT.AZ/ Müsavat Partiyası Sədrlər Şurasının növbəti toplantısı keçirilib.

Partiya başqanının müavini Səxavət Soltanlının "Report"a verdiyi məlumata görə, iclasda kütləvi etiraz aksiyasının keçirilməsi müzakirə olunub.

Müzakirələrin yekununda qərara gəlinib ki, aprelin 19-da saat 16:00-dan 17:00-dək metronun "20 yanvar" stansiyası qarşısından Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionuna (keçmiş "Məhsul") yürüş edilsin və orada yürüşün qətnaməsi oxunsun.

Müsavat Partiyası yaxın günlərdə yürüşün keçirilməsinin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi