“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Gəncədə seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Gəncədə seçicilərlə görüş keçirib Görüş şəhərin “Novruz” meydanında keçirilib
Daxili siyasət
17 Sentyabr , 2016 11:12
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Gəncədə seçicilərlə görüş keçirib

Göyçay. 17 sentyabr. REPORT.AZ/ “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Seçki Qərargahı Gəncə şəhər şöbəsi Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib.

“Report”un məlumatına görə, millət vəkillərinin, ziyalıların, ağsaqqalların, partiya fəallarının, gənclər və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 5000 nəfərdən çox seçicinin iştirak etdiyi növbəti görüş şəhərin “Novruz” meydanında keçirilib.

Tədbiri “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq seçiciləri salamlayıb, onlara xoş duyğularını çatdırıb. Millət vəkili müstəqil Azərbaycanın inkişafı fonunda 2016-cı ilin Gənclər Paytaxtında da möhtəşəm işlərin görüldüyünü, görkəmli nailiyyətlərə imza atıldığını vurğulayıb.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. O qeyd edib ki, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycan vətəndaşının şəxsiyyətinin qorunması, həyatının təmin olunması faktoruna yüksək səviyyədə əməl edilir.

YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxışında deyib ki, referendum aktının məzmununun ictimaiyyətə çatdırılması əsas məsələdir. O vurğulayıb ki, Azərbaycan cəmiyyəti dünyaya açıqdır, dünyada, ölkədə baş verən prosesləri dərindən araşdırmaq, müqayisə aparmaq imkanına malikdir.

YAP Gəncə şəhər Təşkilatının sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov, təbliğatçılardan dosentlər Ceyhun Hüseynov və Cavid Bağırzadə çıxış edərək, bildiriblər ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib.

Son xəbərlər

Orphus sistemi