Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb Bu il üçün növbədənkənar sessiya çağırılmayacaq
Daxili siyasət
29 May , 2015 14:50
Milli Məclisin yaz sessiyası başa çatıb

Bakı. 29 may. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası yekunlaşıb. "Report" xəbər verir ki, bununla da deputatlar tətilə çıxıb. 

Spiker Oqtay Əsədov deyib ki, yaz sessiyasında 10 plenar iclas keçirilib, 134 qanun qəbul olunub: "Bu müddət ərzində 70-ə qədər nümayəndə heyəti 30-a yaxın ölkədə səfərdə olub. Hesab edirəm ki, yaz sessiyası uğurlu keçib".

İclas Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə bağlı elan olunub.

Qeyd edək ki, bu il üçün növbədənkənar sessiya çağırılmayacaq.

Son xəbərlər

Orphus sistemi