Bakı. 23 may. REPORT.AZ/ Mayın 22-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
"Report"
Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əmakdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyiblər.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.