Yaşayış yerini icazəsiz tərk etməyə iki halda icazə veriləcək

Yaşayış yerini icazəsiz tərk etməyə iki halda icazə veriləcək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində,
Daxili siyasət
8 Dekabr , 2020 15:36
Yaşayış yerini icazəsiz tərk etməyə iki halda icazə veriləcək
0 : 00
0 : 00

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq ediləcək.

Operativ Qərargahdan “Report”a verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı şəxslərin yaşayış yerini və olduğu SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var:

1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;

2. məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).

Son xəbərlər

Orphus sistemi