Siyavuş Novruzov: "Sosial şəbəkələrdə adıma yaradılan saxta hesablarla bağlı araşdırma aparılır"

Siyavuş Novruzov: "Sosial şəbəkələrdə adıma yaradılan saxta hesablarla bağlı araşdırma aparılır" "Heç bir sosial şəbəkədə istifadəçi kimi qeydiyyatdan keçməmişəm"
Daxili siyasət
5 İyun , 2015 16:44
Siyavuş Novruzov: Sosial şəbəkələrdə adıma yaradılan saxta hesablarla bağlı araşdırma aparılır

Bakı. 5 iyun. REPORT.AZ/ "Facebook" da daxil olmaqla, heç bir sosial şəbəkədə istifadəçi kimi qeydiyyatdan keçməmişəm. Adıma yaradılan hesablar saxtadır".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov sosial şəbəkələrdə adına hesab açılmasını təxribat adlandırıb: "Həmin hesabların mənə aidiyyəti yoxdur. Saxta hesablarla bağlı müvafiq strukturlara müraciət etmişəm. Araşdırmalar aparılır, ölçü götürüləcək".

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsində Siyavuş Novruzovun adına istifadəçi hesabı açılıb.

Son xəbərlər

Orphus sistemi