YAP Nəsimi rayonunun sabiq icra başçısının deputatlığa namizədliyini irəli sürüb

YAP Nəsimi rayonunun sabiq icra başçısının deputatlığa namizədliyini irəli sürüb Nəsib Məhəmməd oğlu Məhməliyev Prezidentin sərəncamı ilə sentyabrın 2-də vəzifəsindən azad edilib
Daxili siyasət
15 Sentyabr , 2015 19:18
YAP Nəsimi rayonunun sabiq icra başçısının deputatlığa namizədliyini irəli sürüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində Bakının Nəsimi Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Nəsib Məhməliyevin namizədliyini irəli sürüb.

"Report"un məlumatına görə, hakim partiya N.Məhməliyevin namizədliyini 109 saylı Balakən Seçki Dairəsindən irəli sürüb.

Ümumilikdə, YAP 117 seçki dairəsindən deputatlığa namizəd irəli sürüb.

Qeyd edək ki, Nəsib Məhəmməd oğlu Məhməliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il sentyabrın 2-də Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi