YAP-ın Ucar rayon təşkilatının yeni inzibati binası açılıb

YAP-ın Ucar rayon təşkilatının yeni inzibati binası açılıb Prezident İlham Əliyev yeni inzibati binanın açılışında iştirak edib
Daxili siyasət
6 Oktyabr , 2015 18:26
YAP-ın Ucar rayon təşkilatının yeni inzibati binası açılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Ucar rayonuna səfəri zamanı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 600 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. Binanın 110 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Yeni Azərbaycan Partiyasının bölgələrdəki qurumları arasında Ucar rayon təşkilatı da fəaliyyəti ilə seçilir. 1993-cü ildə qurulan təşkilat hazırda 4 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 35 faizini gənclər, 50 faizini isə qadınlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi