​YAP-ın rayon təşkilatlarından birinə yeni sədr seçilib

​YAP-ın rayon təşkilatlarından birinə yeni sədr seçilib 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu yaradılıb
Daxili siyasət
21 Aprel , 2016 16:21
​YAP-ın rayon təşkilatlarından birinə yeni sədr seçilib

Bakı. 21 aprel. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının səkkizinci konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda çıxış edən YAP Göyçay rayon təşkilatının sədr əvəzi Sahib Şükürov bildirib ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Göyçay rayon təşkilatı hazırda 7828 üzvü ətrafında birləşdirir.

Bildirilib ki, hazırda YAP Göyçay rayon təşkilatı ətrafında birləşən üzvlərin 4488-i qadınlar, 3112-si isə gənclərdir. Ötən hesabat-seçki yığıncağından bu günədək partiya sıralarına 427 göyçaylı qəbul olunub.

Konfransda YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Rauf Əliyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış edərək YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən partiya olub.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sahib Şükürov YAP Göyçay rayon təşkilatının sədri seçilib. Eyni zamanda, 3 nəfər sədr müavini seçilib, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu yaradılıb, 49 nəfər Şura üzvü və 17 nəfər İdarə Heyətinə üzv seçilib.

Son xəbərlər

Orphus sistemi