YAP-ın parlament seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb

YAP-ın parlament seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb Hakim partiyanın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq
Daxili siyasət
20 Avqust , 2015 13:11
YAP-ın parlament seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) noyabrda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a bildirib ki, hakim partiyanın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq. Onun sözlərinə görə, parlament seçkilərində YAP-ın 5 500-ə yaxın müşahidəçisi iştirak edəcək. 

S.Novruzov deyib ki, YAP parlamentə keçirilən bütün seçkilərdə partiya olaraq iştirak edib: "Qarşıdan gələn seçkidə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Ona görə də hər bir dairə və məntəqəyə müşahidəçi göndərəcəyik. Ümumilikdə, YAP-ın 5 500-ə qədər rəsmi müşahidəçisi olacaq və partiyanın adından seçkini izləyəcəklər". 

Müşahidəçilərin siyahısının hazır olduğunu vurgulayan S.Novruzovun sözlərinə görə, hazırda onlara treninqlər keçirilir, seçkidə müşahidəni necə aparmaları izah olunur.  

YAP icra katibinin müavini qeyd edib ki, qanunvericilik QHT təmsilçilərinin və heç bir qurumu təmsil etməyən vətəndaşların da seçkidə müşahidə aparmasına imkan verir: "Seçki Məcəlləsinə əsasən, seçki ilə məşğul olan QHT-lər və vətəndaşlar da müşahidəçi kimi qeydiyyatdan keçə bilərlər. Seçkidə müşahidəçi qismində iştirak etmək istəyən vətəndaşlar dairə seçki komissiyasına müraciət edir, 2 ədəd fotoşəkil və ərizə təqdim etməklə seçkini izləmək hüququ əldə edirlər. Ola bilər ki, YAP üzvlərindən də öz təşəbbüsü ilə seçkini müşahidə edənlər olsun". 

Son xəbərlər

Orphus sistemi