YAP parlament seçkisində neçə dairədən namizəd irəli sürəcəyini açıqlayıb

YAP parlament seçkisində neçə dairədən namizəd irəli sürəcəyini açıqlayıb "Şəhər və rayonlarda namizədlərlə bağlı apardığımız araşdırmalar yekunlaşmaq üzrədir"
Daxili siyasət
2 İyun , 2015 12:39
YAP parlament seçkisində neçə dairədən namizəd irəli sürəcəyini açıqlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ "YAP parlament seçkisində bütün seçki dairələrindən namizəd irəli sürəcək".

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, YAP 125 seçki dairəsinin hər birindən seçicilərin etimadını qazanacaq, vətəndaşların dəstəklədiyi və istədiyi namizədlər irəli sürəcək: "Biz partiya olaraq Azərbaycan cəmiyyətinin istəyinə uyğun şəkildə proqram müəyyən edirik. Şəhər və rayonlarda namizədlərlə bağlı araşdırmalar aparmışıq. Artıq bu proses yekunlaşmaq üzrədir. YAP vətəndaşların dəstəklədiyi şəxslərin namizədliyini irəli sürəcək".

S.Novruzov YAP-ın ümumrespublika müşavirəsində parlament seçkiləri ilə bağlı tapşırıqların verildiyini də xatırladıb: "Müşavirədə partiyanın yerli təşkilatlarına şəhər və rayon seçki qərargahlarında təmsil olunacaq şəxslərin siyahısını hazırlamaq tapşırığı verildi. İmza toplayan şəxslərin də siyahısı hazırlanmalıdır, onlar üçün treninqlər təşkil edilməlidir. Yaxın günlərdə bu işlərə start veriləcək".

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda parlament seçkilərinin keçirilməsi planlaşdırılıb. Ölkədə 125 seçki dairəsi var. 

Son xəbərlər

Orphus sistemi