YAP-ın bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası başa çatıb

YAP-ın bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası başa çatıb Ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min YAP üzvü namizəd irəli sürülüb
Daxili siyasət
19 Noyabr , 2014 17:07
YAP-ın bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədlərin imzatoplama kampaniyası başa çatıb

Bakı. 19 noyabr. REPORT.AZ/ YAP tərəfindən irəli sürülən namizədlərin lehinə imzatoplama kampaniyası başa çatıb.

Partiyadan "Report"a verilən məlumata görə, YAP tərəfindən irəli sürülmüş namizədlərin 14 mindən çoxu artıq bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınıb. İmza vərəqlərini dairə seçki komissiyalarına təqdim etmiş digər irəli sürülmüş namizədlərin qeydə alınması prosesinin yaxın günlərdə başa çatacağı gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə təxminən 15 min YAP-ın üzvü namizəd irəli sürülüb.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi