YAP İdarə Heyətinin üzvü: “Partiyamız bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşıb”

YAP İdarə Heyətinin üzvü: “Partiyamız bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşıb” “İnanırıq ki, YAP bu seçkilərdə də yüksək nəticələr əldə edəcək”
Daxili siyasət
27 Oktyabr , 2014 15:05
YAP İdarə Heyətinin üzvü: “Partiyamız bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşıb”

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Bələdiyyələr ölkəmizdə yerli demokratiyanın inkişafında mühüm rol oynayır”. “Report”un xəbərinə görə, bunu yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, ötən dövr ərzində bələdiyyələr əhalinin sosial məsələlərində yaxından iştirak etməklə yanaşı, yerli demokratiyanın inkişafına öz töhfələrini veriblər.

“Bu il dekabr ayının 23-də Azərbaycanda növbəti seçkilər keçiriləcək. Artıq seçkilərə rəsmi start verilib və qanunvericiliyə uyğun olaraq seçki ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşıb. İnanırıq ki, partiyamız bu seçkilərdə də yüksək nəticələr əldə edəcək” - deyə, komitə sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi