​YAP deputatlığa namizədlərini hansı qaydada müəyyənləşdirəcəyini açıqlayıb

​YAP deputatlığa namizədlərini hansı qaydada müəyyənləşdirəcəyini açıqlayıb “Güman edirəm bu seçki də YAP üçün uğurlu olacaq”
Daxili siyasət
31 Yanvar , 2015 12:05
​YAP deputatlığa namizədlərini hansı qaydada müəyyənləşdirəcəyini açıqlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “YAP-ın mövqeyi odur ki, builki parlament seçkilərində seçicilərin rəğbətini qazanan şəxslərin namizədliyini irəli sürək. Bax, bu meyarla biz seçki kampaniyasına hazırlaşacağıq. Güman edirəm bu seçki də YAP üçün uğurlu olacaq”. “Report” xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Əhmədov qeyd edib ki, YAP seçkilərə xeyli əvvəldən, ciddi hazırlaşır və bu, artıq partiya üçün ənənəyə çevrilib. “Biz hazırlıq prosesində bir çox məsələləri, o cümlədən də partiyadan namizəd olan şəxsləri ciddi müəyyənləşdirəcəyik. Bu, ciddi araşdırmalar nəticəsində olacaq. Bütövlükdə parlamentdə YAP-ı təmsil edən deputatların əksəriyyətinin fəaliyyəti partiyanı, o cümlədən də seçiciləri qane edir. Bu şəxslər də mütləq nəzərə alınacaq. Güman edirəm, bu seçki də YAP üçün uğurlu olacaq”.

Son xəbərlər

Orphus sistemi