YAP-da yeni təyinat olub

YAP-da yeni təyinat olub Partiyanın Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib
Daxili siyasət
18 İyun , 2015 14:23
YAP-da yeni təyinat olub

Bakı. 18 iyun. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib. "Report" xəbər verir ki, yığıncaqda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən, Azərbaycan idmançılarının uğurlu çıxışlarından danışıb.

Ş.Hacıyev Azərbaycanı gözü götürməyən bəzi qüvvələrin ölkəyə qarşı apardığı qarayaxma kampaniyasının heç bir nəticəsinin olmadığını, Oyunların yüksək səviyyədə keçirilməsinə maneə yarada bilmədiyini vurğulayıb.

Digər çıxış edənlər I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycanın mühüm uğuru olduğunu bildiriblər.

Sonra gündəlikdə duran məsələlərə baxılıb.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransının yekunları barədə müzakirə aparılıb.

İclasda Muxtar Nağıyev YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini seçilib.

Sonra X konfransda seçilən Şura üzvləri arasında iş bölgüsü təsdiq edilib, təşkilatın prioritetlərinə, YAP üzvlük vəsiqəsinin bərpası barədə müraciətə baxılıb. Həmçinin hüquq-mühafizə orqanlarında işə keçmə ilə əlaqədar YAP-dakı siyasi fəaliyyətin dayandırılması barədə müraciətlər müzakirə edilib, yeni yaradılan "339 saylı oxu zalı" ilk ərazi təşkilatı təsdiq olunub və digər məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi