YAP 700 mininci üzvünə üzvlük vəsiqəsi təqdim edib

YAP 700 mininci üzvünə üzvlük vəsiqəsi təqdim edib Partiyanın 700 mininci üzvü ATU-nun tələbəsi, Prezident təqaüdçüsü Xatun Məmmədova olub
Daxili siyasət
6 May , 2016 15:24
YAP 700 mininci üzvünə üzvlük vəsiqəsi təqdim edib

Bakı. 6 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 700 mininci üzvünə üzvlük vəsiqəsi verib.

“Report”un xəbərinə görə, YAP-ın 700 mininci üzvü Azərbayan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Xatun Məmmədova olub. Ona üzvlük vəsiqəsini YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov təqdim edib.

Ə.Əhmədov bildirib ki, partiyanın sıraları getdikcə genişlənir: “Gənclərin sayı xüsusilə fərqlənir. Hər il partiyaya demək olar 25 min gənc üzv olur. Bu, partiyanın daxilində gəncləşmənin sürətlənməsinin göstəricisidir. Prezident İlham Əliyev də kadr siyasətində gənclərə üstünlük verir. Gənclər partiyamızda əlverişli mühitin olduğunu dərk edirlər. Əminəm ki, gənclər YAP-a qəbulla bağlı verdiyi qərarlarda yanılmırlar”.

Ə.Əhmədov vurğulayıb ki, YAP Milli Məclisdə çoxluq təşkil edən partiyadır, bu da partiyanın uğurudur.

Son xəbərlər

Orphus sistemi