Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır

Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə təklif olunan dəyişikliyi qəbul edib
Daxili siyasət
31 May , 2016 14:26
Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır

Bakı. 27 may. REPORT.AZ/ Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) təklif edilən dəyişikliyə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət hüququ veriləcək.

Bu maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək”. 

Bundan sonra xarici ölkələrin təhsil müəssisələrində təhsil alanlar üçün hərbi çağırışdan möhlət hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən tərtib olunmuş xarici ölkələrin təhsil müəssisələri siyahısına ehtiyac qalmayacaq. 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi