Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərara yenidən baxılacaq

Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərara yenidən baxılacaq Müsavat Partiyasının Binəqədi rayon təşkilatının növbəti Şura iclası keçirilib
Daxili siyasət
11 İyun , 2015 13:52
Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qərara yenidən baxılacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Müsavat Partiyası Binəqədi rayon təşkilatının növbəti Şura iclası keçirilib.

Təşkilatın sədri Rauf Ağa "Report"a açıqlamasında deyib ki, iclasda ötən Şura iclasının qərarları müzakirə edilib.

O bildirib ki, toplantıda Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarın ləğvinə baxılıb: "Əvvəlcə bu məsələyə təşkilatın Nəzarət-Təftiş Komissiyasında baxılıb, nəticə Şuraya göndərilib. Biz də bu məsələni müzakirəyə çıxardıq. Müzakirələrin yekununda qərara gəldik ki, bu, mübahisələrə yol açdığından, qərar yenidən baxılması üçün yenidən 8-ci mikrorayon özəyinə göndərilsin".

R.Ağa qeyd edib ki, ötən Şura iclasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı qərarı ləğv edilib: "8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı Nəzarət-Təftiş Komissiyası Şuraya təqdimat verdikdən sonra özək buraxıla bilər. Belə bir təqdimat olmadığına görə ötən Şura iclasının özəklə bağlı verdiyi qərar ləğv edilib".

Xatırladaq ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin mayın 3-də keçirilən toplantısında Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərar qəbul edilib. Mayın 19-da isə Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb və qərar ləğv olunub. Bundan əlavə, iclasda 8-ci mikrorayon özəyinin buraxılması ilə bağlı da qərar verilib. Müsavat Partiyasının rəhbərliyi isə bu addımın Nizamnaməyə zidd olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi