Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb

Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
Daxili siyasət
23 Mart , 2024 09:43
Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə "Report"a Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi