Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb
Daxili siyasət
9 Sentyabr , 2016 18:28
Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 9-da “Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sənəddə deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Tarix-Diyarşünaslıq, “Xalça”, “Şəxsiyyətlər”, “Xalqlar Dostluğu”, “Bayraq” Muzeyləri və Rəsm Qalereyası istifadəyə verilib, “Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri yaradılıb, 23 mindən çox yeni iş yeri açılmış, əlli min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 52 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, 60 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi