Azərbaycanda vətəndaşların müraciətinə baxılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda vətəndaşların müraciətinə baxılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb Anonim müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaq
Daxili siyasət
10 Fevral , 2015 10:47
Azərbaycanda vətəndaşların müraciətinə baxılması ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinə Prezident İlham Əliyevin imzası ilə yeni "Vətəndaşların müraciəti haqqında" qanun layihəsi daxil olub. "Report" xəbər verir ki, qanun layihəsi 17 maddədən ibarətdir.

Qanun layihəsində bildirilir ki, Azərbaycan vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və nümayəndə vasitəsi ilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ var. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Eyni zamanda, vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

Eləcə də irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.

Qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında süründürməçiliyə və ayrı-seçkiliyə yol verilməməsi, müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, həmçinin vətəndaşların müraciət etmək hüququnun və dövlət maraqlarının uzlaşdırılması vətəndaşların müraciətinə baxılmasının əsas prinsipləridir.

Qanunun tətbiq dairəsinə gəlincə, müddəalar vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

Vətəndaşların müraciətlərinə dair tələblərdə bildirilir ki, müraciətlər həmin məsələyə baxılmanı bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir, yaxud şifahi formada bildirirlər. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud da elektron qaydada göndərilir.

Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, yazılı müraciətin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Həmçinin müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Son xəbərlər

Orphus sistemi