Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilib

Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilib Dəyişiklik səsə qoyularaq qəbul edilib
Daxili siyasət
13 Fevral , 2015 14:21
Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilib. “Report” xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında "Bələdiyyə qulluğu haqqında" qanuna dəyişikliklər edilib.

Qanunun 5-ci maddəsinin ikinci hissəsində "bələdiyyənin sədri birbaşa təyin edir" sözləri "bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir" sözləri ilə əvəz olunub.

Dəyişiklik barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə xatırladıb ki, indiyədək bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edib: "Düzəlişə görə, seçki komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər. Düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək".

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi