Vasif Talıbov Naxçıvanda yeni qurumun yaradılması barədə fərman imzalayıb

Vasif Talıbov Naxçıvanda yeni qurumun yaradılması barədə fərman imzalayıb MR-in Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb
Daxili siyasət
23 Oktyabr , 2015 10:48
Vasif Talıbov Naxçıvanda yeni qurumun yaradılması barədə fərman imzalayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. “Report”un xəbərinə görə, fərman məhkəmə ekspertizası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə verilib.

Sənədə əsasən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi yaradılıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə” də təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi