​Vahid Azərbaycan Partiyasının adı dəyişdirilib, Müsavat başqanlığına sabiq namizəd yeni sədr seçilib

​Vahid Azərbaycan Partiyasının adı dəyişdirilib, Müsavat başqanlığına sabiq namizəd yeni sədr seçilib Tural Abbaslı səs çoxluğu ilə Ağ Partiyanın sədri seçilib
Daxili siyasət
26 İyun , 2016 15:07
​Vahid Azərbaycan Partiyasının adı dəyişdirilib, Müsavat başqanlığına sabiq namizəd yeni sədr seçilib

Bakı. 26 iyun. REPORT.AZ/ Vahid Azərbaycan Partiyasının (VAP) növbəti qurultayı keçirilib.

"Report"un xəbərinə görə, əvvəlcə mandat və say komissiyası formalaşdırılıb. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı deyib ki, toplantıda iştirak üçün 143 nəfər nümayəndə qeydiyyatdan keçib.
Qurultayın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar partiyanın adının dəyişdirilərək "Ağ Partiya" adlandırılması, nizamnamənin dəyişdirilməsi və yeni sədrin seçilməsi olub.
Tədbir iştirakçıları yekdilliklə partiyanın adının dəyişdirilməsinə səs veriblər.
Daha sonra VAP-ın nizamnaməsinin dəyişdirilərək, yeni nizamnamənin qəbulu səsverməyə çıxarılıb, təklif səs çoxluğu ilə qəbul olunub.
Sonda partiyaya yeni sədrin seçilməsi müzakirəyə çıxarılıb.
VAP-ın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı sədrliyə namizədliyini irəli sürüb. T.Abbaslıya alternativ namizəd olmayıb.
Qurultay iştirakçıları onun namizədliyini dəstəkləyiblər.
T.Abbaslı səs çoxluğu ilə Ağ Partiyanın sədri seçilib.
Qeyd edək ki, VAP 1993-cü ildə yaradılıb və dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri Kərrar Əbilov olub.
Xatırladaq ki, bir müddət öncə, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı və bir qrup tərəfdarı partiya sıralarından istefa veriblər.

Son xəbərlər

Orphus sistemi