​Sərdar Cəlaloğlu: "Müsavat və Ümid Partiyası ilə birlikdə seçki bloku yaratmağı düşünürük"

​Sərdar Cəlaloğlu: "Müsavat və Ümid Partiyası ilə birlikdə seçki bloku yaratmağı düşünürük" "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi seçki blokuna çevrilməyəcək"
Daxili siyasət
13 Yanvar , 2015 17:02
​Sərdar Cəlaloğlu: Müsavat və Ümid Partiyası ilə birlikdə seçki bloku yaratmağı düşünürük

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı Müsavat və Ümid Partiyası ilə birlikdə seçki bloku yaratmağı düşünürük".

Bunu "Report"a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, ADP-nin də təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi seçki blokuna çevrilməyəcək: "Qurum aktiv olduğu vaxt orada təmsil olunan bəzi partiyalar görüşlər keçirirdilər, seçki ilə bağlı müzakirələr aparırdılar. Onlar çalışırlar ki, aktiv seçki bloku yaratsınlar. Buraya Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azad Demokratlar Partiyası (AzDP), Azadlıq Partiyası və başqa partiyalar daxildir. Ona görə də biz mərkəzin seçki blokuna çevrilməsi ilə bağlı səsvermə keçiriləndə çoxu səs vermədi. Mərkəz seçki ilə bağlı proseslərdə iştirak etməyəcək".

S.Cəlaloğlu qeyd edib ki, parlament seçkiləri ilə bağlı "Qarabağ" blokuna daxil olan partiyalar və Müsavat Partiyası ilə birlikdə seçki blokunun yaradılması planlaşdırılır: "Bu partiyalar arasında razılıq olacaqsa, seçki bloku yaradılacaq".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə "Report"a deyib ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan partiyaların "Qarabağ" bloku ilə görüşü olacaq: "Bu görüşdən sonra seçki ilə bağlı məsələ bir qədər aydınlaşacaq".

Son xəbərlər

Orphus sistemi