Ülvi Mehdiyev: "ASAN xidmət" yeni xidmətin göstərilməsi üçün əlavə ştata ehtiyac görmür"

Ülvi Mehdiyev: "ASAN xidmət" yeni xidmətin göstərilməsi üçün əlavə ştata ehtiyac görmür" "Bu gündən sonra dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər qiymətləndiriləcək"
Daxili siyasət
10 İyun , 2016 12:40
Ülvi Mehdiyev: ASAN xidmət yeni xidmətin göstərilməsi üçün əlavə ştata ehtiyac görmür

Bakı. 10 iyun. REPORT.AZ/ "ASAN xidmət"ə yeni xidmətin göstərilməsi üçün əlavə ştatların verilməsinə ehtiyac yoxdur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günədək dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilib: "Bu gündən sonra dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlər qiymətləndiriləcək. Qiymətləndirmə "ASAN xidmət"in göstərdiyi əsas xidmətlərdən biridir və "ASAN xidmət" yaranandan bununla bağlı bir struktur mövcuddur. Növbəti tapşırığı da həmin struktur icra edəcək ".

Son xəbərlər

Orphus sistemi