Audiovizual əsərin kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə üç dövlət qurumuna haqq ödənilməlidir

Audiovizual əsərin kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə üç dövlət qurumuna haqq ödənilməlidir Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib
Daxili siyasət
9 İyul , 2015 09:41
Audiovizual əsərin kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə üç dövlət qurumuna haqq ödənilməlidir

Bakı. 9 iyul. REPORT.AZ / Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib.

"Report"un məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, ərizəçi audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə müvafiq olaraq Səhiyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Müəllif Hüquqları Agentliyinə haqq ödəməlidir.

İndiyədək ərizəçi audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə, yalnız Müəllif Hüquqları Agentliyinə haqq ödəyirdi.

Qeyd edək ki, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda qeyd olunub ki, Azərbaycan ərazisində hazırlanan (istehsal edilən) və ölkə ərazisinə idxal edilən dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları, nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi verir. 

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır.

Son xəbərlər

Orphus sistemi