TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib

TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib “Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər”
Daxili siyasət
27 Sentyabr , 2016 11:03
TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) müşahidə missiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, müşahidə missiyasının üzvü Jandos Asanov deyib ki, missiya ilk dəfə olaraq referendum seçkilərini müşahidə edib. 

O bildirib ki, müşahidə Bakının Yasamal və Nizami rayonlarındakı seçki məntəqələrində aparılıb və səsvermənin gedişini izləyiblər: “Ümumi nəticə qənaətbəxşdir. Bu səsvermə Azərbaycan xalqının iradəsini əks etdirir”.

Müşahidə missiyasının digər üzvü Haluk İpək isə qeyd edib ki, seçki uğurla keçirilib: “Bu, Azərbaycan xalqının iradəsidir. Seçkidə bəzi texniki qüsurlar aşkar olunub, amma bu, ümumi nəticəyə təsir etmir. Seçki beynəlxalq standartlara uyğun keçirilib. Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər”.

Son xəbərlər

Orphus sistemi