Tural Abbaslı rəhbəri olduğu partiyanın qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib

Tural Abbaslı rəhbəri olduğu partiyanın qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib VAP-ın Ağ Partiya kimi tanınması istənilir
Daxili siyasət
27 İyul , 2016 10:49
Tural Abbaslı rəhbəri olduğu partiyanın qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib

Bakı. 26 iyul. REPORT.AZ/ Vahid Azərbaycan Partiyası (VAP) iyunun 26-da keçirdiyi qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Bu barədə "Report"a partiya sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, sənədlər qanunvericilikdə nəzərdə tutulan qaydada hazırlanıb və nazirliyə təqdim olunub.

Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının sonuncu qurultayında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.

Son xəbərlər

Orphus sistemi