​Tural Abbaslı: “Bundan sonra fəaliyyətimizi Vahid Azərbaycan Partiyasının sıralarında davam etdirəcəyik”

​Tural Abbaslı: “Bundan sonra fəaliyyətimizi Vahid Azərbaycan Partiyasının sıralarında davam etdirəcəyik” ”Ağ blok” isə siyasi partiya deyil”
Daxili siyasət
16 May , 2016 16:20
​Tural Abbaslı: “Bundan sonra fəaliyyətimizi Vahid Azərbaycan Partiyasının sıralarında davam etdirəcəyik”

Bakı. 16 may. REPORT.AZ/ "Siyasi hədəflərə malik olan bir birlik siyasi səhnədə tamhüquqlu bir subyekt kimi fəaliyyət göstərmək üçün hansısa partiyada təmsil olunmalıdır".

"Report"un xəbərinə görə, bunu "Ağ blok"un həmtəsisçisi, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.

O bildirib ki, "Ağ blok" isə siyasi partiya yox, seçki bloku kimi yaranıb və fəaliyyət göstərir: "Blokda cəmləşən potensiallı və ambisiyalı gənclər isə daha böyük siyasi hədəflərə malikdirlər. Bütün qeyd olunanları nəzərə alaraq bəyan edirik ki, bu gündən etibarən “Ağ blokun" üzvləri kimi siyasi fəaliyyətimizi 1993-cü ildən fəaliyyətdə olan Vahid Azərbaycan Partiyasının sıralarında davam etdirəcəyik. Əminik ki, bu addım tez bir zamanda Azərbaycan siyasi səhnəsində yeni siyasi gücün meydana çıxmasına səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi