Tovuzda Gənclər Günü qeyd edilib

Tovuzda Gənclər Günü qeyd edilib Tovuz şəhərində “Nizami” adına Mədəniyyət evində 2 fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilib.
Daxili siyasət
3 Fevral , 2022 00:05
Tovuzda Gənclər Günü qeyd edilib

Tovuz şəhərində “Nizami” adına Mədəniyyət evində 2 fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə iştirakçılar, Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsinin nəticəsi olduğunu, bu gün ölkəmizdə mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişdiyini bildiriblər.

Gənc nəslin vətənpərvər ruhda yetişməsinin tarixi əhəmiyyətinin Vətən müharibəsi zamanı qazanılan Zəfərdə özünü biruzə verdiyini vurğulayıblar.

Daha sonra 2021-ci ildə fərqlənən gənclərə Tovuz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi