Tovuz rayon Statistika İdarəsinə yeni rəis təyin olunub

Tovuz rayon Statistika İdarəsinə yeni rəis təyin olunub Niyazi Tağıyev bu postda Qasım Hüseynovu əvəz edib
Daxili siyasət
12 İyun , 2016 13:50
Tovuz rayon Statistika İdarəsinə yeni rəis təyin olunub

Tovuz. 12 iyun. REPORT.AZ/ Tovuz rayonu Statistika İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, Dövlət Statistika Komitəsi sədrinin müvafiq əmri ilə Niyazi Tağıyev bu vəzifəyə təyin edilib.

O, bu postda Qasım Hüseynovu əvəz edib.

Tovuzun Əlimərdanlı kəndində doğulan N.Tağıyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, yeni təyinata qədər həmin idarədə baş məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi