​Müsavatın Şirvan rayon təşkilatına yeni sədr seçilib

​Müsavatın Şirvan rayon təşkilatına yeni sədr seçilib Müsavat Partiyasının Şirvan rayon təşkilatının Şura iclası keçirilib
Daxili siyasət
10 Mart , 2015 12:21
​Müsavatın Şirvan rayon təşkilatına yeni sədr seçilib

Bakı. 10 mart. REPORT.AZ/ Müsavat Partiyasının Şirvan rayon təşkilatının Şura iclası keçirilib.

Bu barədə "Report"a partiya Divanının üzvü Nemət Kərimli məlumat verib. İclasda təşkilat sədrliyinə seçki keçirilib. Gizli səsvermə ilə Əlikram Xurşidov sədr seçilib.

Qeyd edək ki, Müsavatın Şirvan rayon təşkilatının bundan əvvəlki sədri Abdulla Rəfizadə olub.

Son xəbərlər

Orphus sistemi