​Tahir Budaqov Statistika Komitəsinin sədri postunda ilk qərarını imzalayıb

​Tahir Budaqov Statistika Komitəsinin sədri postunda ilk qərarını imzalayıb Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə bağlı qərarda dəyişiklik edilib
Daxili siyasət
26 Avqust , 2015 17:27
​Tahir Budaqov Statistika Komitəsinin sədri postunda ilk qərarını imzalayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Statistika Komitəsi “Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti haqqında” 7-TSEK №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, qərarı komitənin yeni sədri Tahir Budaqov imzalayıb.

Dəyişikliyə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası yanvarın 20-dən gec olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti fevralın 5-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə kağız və elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir.

Bundan sonra 7-TSEK №-li forma üzrə statistik hesabat ilkin Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən tərtib edilir və ildə bir dəfə - yanvarın 20-dən gec olmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həmin formalar əsasında respublika üzrə hesabat tərtib edilir və fevralın 5-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim olunur.

Nəzarət və ya şikayət qaydasında bütün müayinə hallarında əlillik dərəcəsi barədə bütün məlumatlar 7-TSEK №-li hesabat formasında bir dəfə - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin son qərarına müvafiq olaraq göstərilir. Məsələn, TSEK əlilə üçüncü dərəcə əlillik müəyyən etmişdir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti isə şikayət və ya nəzarət qaydasında bu qərarı ləğv etmiş və əlilə ikinci dərəcə əlillik müəyyən etmişdir. Bu halda əlil bir dəfə ikinci dərəcə üzrə hesaba alınır.

Son xəbərlər

Orphus sistemi