​Zeynal Nağdəliyev Sumqayıtda vətəndaşların problemlərini dinləyib - FOTO

​Zeynal Nağdəliyev Sumqayıtda vətəndaşların problemlərini dinləyib - FOTO Görüşdə Sumqayıt ŞİH başçısı Zakir Fərəcov, həmçinin rayonun digər rəhbər şəxsləri də iştirak edib
Daxili siyasət
4 Fevral , 2016 17:41
​Zeynal Nağdəliyev Sumqayıtda vətəndaşların problemlərini dinləyib - FOTO

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıt şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.

"Report"un xəbərinə görə, görüşdən öncə Z.Nağdəliyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) yeni təmirdən çıxmış inzibati binasında keçirilən görüşdə vətəndaşların problemləri dinlənilib.

Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev vətəndaşları maraqlandıran sualları cavablandırıb, problemlərin həlli istiqamətində addımlar atılacağını bildirib.

Görüşdə Sumqayıt ŞİH başçısı Zakir Fərəcov, həmçinin rayonun digər rəhbər şəxsləri də iştirak edib.

Son xəbərlər

Orphus sistemi