Sumqayıtda qanunsuz tikili sökülüb

Sumqayıtda qanunsuz tikili sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Daxili siyasət
28 Mart , 2024 11:53
Sumqayıtda qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıtda qanunsuz tikilini söküb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Son xəbərlər

Orphus sistemi