Bakı. 2 sentyabr. REPORT.AZ/ Prezident
Prezidentin imzaladığı digər sərəncamla Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Dövlət başçısı İlham Əliyevin imzaladığı digər sərəncamla Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.
İradə Akif qızı Gülməmmədova isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Buna qədər İ.Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb.
Eldar Əziz oğlu Əzizov isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb. N.Məhəməliyevin yerinə Asif Yunis oğlu Əsgərov təyin olunub. A.Əsgərov indiyədək Səbael Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.