Spiker Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Spiker Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb Hulusi Akar ölkələr arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib
Daxili siyasət
6 Oktyabr , 2015 19:35
Spiker Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, görüşdə Oqtay Əsədov son vaxtlar Türkiyədə törədilən terror hadisələri nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır: "İki ölkə arasında hərbi sahədə əlaqələr də yüksək səviyyədədir. Son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlər olduqca əhəmiyyətlidir".

Milli Məclisin sədri əlaqələrimizin iqtisadi sahədə də çox yüksək səviyyədə olduğunu vurğulayıb: " 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri də Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyublar".

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ölkələr arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib, həyata keçirilən birgə təlimlərin önəmli olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi