Siyavuş Novruzov: "Niyə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortaya qoymur?"

Siyavuş Novruzov: "Niyə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortaya qoymur?" "Azərbycan Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı və digər dövlətlərlə bərabər və ikitərəfli münasibətlər saxlayır"
Daxili siyasət
25 May , 2015 17:42
Siyavuş Novruzov: Niyə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortaya qoymur?

Bakı. 25 may. REPORT.AZ/ "Əgər Avropa İttifaqı Ukraynadakı münaqişə ilə əlaqədar sənəd qəbul edirsə, niyə Dağlıq Qarbağ münaqişəsinə münasibətdə də belə bir mövqe ortaya qoymur, qərar qəbul etmir? Niyə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ müzakirəyə çıxarılmır? BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və erməni qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması haqda 4 qətnamə qəbul edib, amma onlar icra olunmur. Avropa İttifaqı, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar buna laqeyd yanaşırlar". Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov "Report"a açıqlamasında belə deyib.

O bildirib ki, Azərbaycan hər bir məsələnin ədalətli həll olunmasını istəyir və bununla bağlı açıq mövqe ortaya qoyur. S.Novruzov qeyd edib ki, Avropa təşkilatları Krım məsələsində xüsusi qərarlar qəbul edirlər, orada iştirak edənlərin hamısı buna səs verirlər: "İkili standartlar aradan qaldırılmalıdır. Hər bir dövlətə bərabər şəkildə yanaşma olmalıdır. Belə olmayanda isə beynəlxalq münasibətlərdə problemlər ortaya çıxır".

YAP icra katibinin müavini vurgulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, rəsmi Bakı ittifaqla daha çox ikitərfli qaydada, geniş şəkildə əməkdaşlığa üstünlük verir: "Bir çox beynəlxalq təşkilatlar var ki, Azərbaycan onlara qoşulmur, amma əməkdaşlıq edir. Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə 20 milyard dollara yaxın layihələr həyata keçirir. Avropa İttifaqı da ən böyük layihələri elə Azərbaycanla birgə hayata keçirib. Azərbaycan ikitərəfli münasibətlərə daha çox üstünlük verir".

Prezident İlham Əliyevin "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitinə getməməsinin Azərbaycanın xarici siyasətində dəyişiklik edilməsi və Avrointeqrasiyanın dayandırılması kimi şərh olunmasına münasibət bildirən S.Novruzov deyib ki, bunun heç bir əsası yoxdur. YAP icra katibinin müavini qeyd edib ki, Prezidentin Riqa sammitində iştirak etməməsi ilk Avropa Oyunları ilə bağlıdır: "Bəzi qüvvələr buna müxtəlif don geyindirir. Amma bunun obyektiv səbəbi rəsmi formada açıqlanıb. Bu gün bir çox dövlətlərin prezidentləri, nazirlər və nümayəndə heyətləri Azərbaycana səfərlər edir, Prezident İlham Əliyev onlarla görüşür. Bu baxımdan Prezidentin qrafiki həddindən artıq sıx olur. Amma bəzi müxalifət qüvvələri ara qarışdırmaq üçün müxtəlif bəhanələr ortaya atırlar. Fürsətdən istifadə etmək, böhtan və şər atmaq onların xislətidir. Azərbycan Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı və digər dövlətlərlə bərabər və ikitərəfli münasibətlər saxlayır".

Son xəbərlər

Orphus sistemi