Siyavuş Novruzov: “Müəssisələrdə müharibə veteranları və şəhid ailələrinin üzvlərinin işdən azad olunmasına son qoyulmalıdır”

Siyavuş Novruzov: “Müəssisələrdə müharibə veteranları və şəhid ailələrinin üzvlərinin işdən azad olunmasına son qoyulmalıdır” “Müəssisə bağlanana kimi onlara dəymək olmaz”
Daxili siyasət
23 Fevral , 2016 15:02
Siyavuş Novruzov: “Müəssisələrdə müharibə veteranları və şəhid ailələrinin üzvlərinin işdən azad olunmasına son qoyulmalıdır”
Siyavuş Novruzov

“Müəssisə bağlanana kimi onlara dəymək olmaz”

Bakı. 23 fevral. REPORT.AZ/ “Milli Məclisin bugünkü iclasında bəzi həmkarlarım Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər. Bunlar tamamilə yanlış fikirlərdir”. “Report"un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı bəyan edib.

O bildirib ki, Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən dövlətdir: “Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəni inkişaf etdirib. Bu müddət ərzində 3000-ə yaxın xəstəxana, 600 məktəb tikilib, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Azərbaycan ən uğurlu sosial siyasət yürüdən bir ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğuladı ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Ona görə də sosial sahədə artımlara şahidlik edirik”.

S.Novruzov qeyd edib ki, MDB-də sosial sahədə ən geniş islahatlar Azərbaycanda keçirilir: “Amma bu sahədə müəyyən çətinliklər var. Düzgün verilməyən statistika nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsində kəsirlər qeydə alınır. Hesab edirəm ki, bu məsələdə dəqiq statisika verilməlidir. İşsizlərin sayı dəqiq açıqlanmalıdır. İcra başçısının səsləndirdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik”.

O əlavə edib ki, son vaxtlar bəzi özəl və dövlət sektorlarında ixtisarlar gedir: “Özü də ilk növbədə Əfqanıstan və Qarabağ veteranları, şəhid ailələrinin üzvləri işdən azad olunur. Bu hallara son qoyulmalıdır. Çünki bizim bu barədə qanunumuz var ki, müəssisə bağlanana kimi onlara dəymək olmaz”.

Son xəbərlər

Orphus sistemi